Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


12.05.2017  20:43 

Mənzillər nə zaman veriləcək?





A+  A-

“Gənc alimlərin sosial problemlərinin həlli istiqamətində bir neçə addım atılır. Üç il ərzində Yasamalda yerləşən AMEA-nın yataqxanasında tikinti şirkəti tərəfindən birbloklu 16 mərtəbəli mənzil tikilib. Yaxın bir-iki ay ərzində Elmlər Akademiyasında mənzillərin bölgüsü aparılacaq”.
XəzərNews.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə “ASAN radio”nun “QəbuldASAN” verilişində deyib.

O bildirib ki, AMEA-da mənzilə çox böyük ehtiyacı olan alimlər, xüsusilə də gənc alimlər var və onlar yaşayış şəraitlərini yaxşılaşdıracaqlar: “Eyni zamanda, akademiyanın bir neçə yerdə özünün torpaq sahəsi var. İndi dövlət qurumları ilə bu istiqamətdə danışıqlar aparırıq ki, Bakı ətrafında olan sahələrdə özümüz şirkətlərin vasitəsilə, onların maliyyə dəstəyi ilə AMEA üçün ev tikintisi üçün işlər aparaq. Başqa sosial problemlərin həllinə yönəlmiş bəzi tədbirlərimiz də var. Yaşa dolmuş alimlərin yay istirahətini təşkil etmək üçün ölkə daxilində, Abşeronda şərait yaradılmasını düşünürük”.



Xəbər 1794 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +