Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


20.03.2021  09:11 

Yanukoviçə və keçmiş nazirlərə sanksiya tətbiq ediləcək





A+  A-

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası keçmiş prezident Viktor Yanukoviç və dönəmin bəzi yüksək vəzifəli dövlət məmurlarına sanksiya tətbiq olunması barədə qərar qəbul edib.
XəzərNews.az xəbər verir ki, məsələ barədə Ukrayna Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, Yanukoviçlə yanaşı, keçmiş baş nazir Mikola Azarov, keçmiş müdafiə naziri Pavlo Lebedev, keçmiş təhsil naziri Dmitro Tabaçnik və dönəmin bəzi məmurları üçün iqtisadi sanksiya tətbiq olunması şuraya təklif edilib.

“Milli təhküləsizliyi təmin etmək Ukraynaya xəyanət etmiş şəxslərin ədalətin qarşısına çıxarılmasını tələb edir. 2014-cü ildə dövlət rəsmiləri işğala imkan verdilər. Buna görə cavab verməlidirlər”, - açıqlamada deyilir.

Şuranın katibi Aleksey Danilov sözügedən şəxslərə qarşı sanksiya qərarı aldıqlarını açıqlayıb.

Xəbər 1621 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +