Prezident ONLARI qəbul etdi
Tramp sabah Putinlə danışacaq
Pilotsuz təyyarələrlə Həştərxana hücum oldu
Prezident “Azərenerji” ilə bağlı Fərman imzaladı
“Sarı Qaya”nın fəaliyyəti buna görə dayandırldı
Cihazqayırma Zavodunda partlayış olub
Bu həftə 3 gün işləyəcəyik
Hikmət Hacıyev Mayk Uoltsla danışıb
Ənvər Həsənov vəfat edib
Tural Sadıqlı Baş Prokurorluğa çağırılıb


03.03.2025  14:05 

Zelenskinin ABŞ-dan istədiyi “təhlükəsizlik qarantiyası“ nədir?





A+  A-

Müharibə başlayan ilk gündən bunu Ukrayna ərazisində aparılan Rusiya-NATO müharibəsi kimi dəyərləndirdik. Avropanın bu günkü durumu bunu bir daha təsdiq edir.

Dünən Fransa prezidenti Makron Rusiyanın Ukraynaya hücumunun əslində Avropanın təhlükəsizliyini sual altına düşürdüyünü bəyan etmiş oldu.

Polşanın baş naziri Donald Tusk həyəcanlı şəkildə ifadə etdi ki, “500 milyon avropalı 300 milyon amerikalıdan 140 milyon rusa qarşı özlərini müdafiə etmələrini xahiş edir. Bu gün Avropa həqiqətən qlobal güc olduğuna inamını itirib”. Hər ikisi haqlıdır.

Çünki əksəriyyəti Avropa ölkələrində təşkil edilən NATO-nun təhlükəsizliyinin əsas qarantı ABŞ idi. O da Ukraynanı, əslində isə Avropanı təslimçiliyə sövq edir. Avropa Vaşinqtonun orbitindən çox uzaqlaşmışdı, daha çox hərbi müstəqilliyə can atırdı, elə müharibənin əsas hədəflərindən biri də Rusiyanın vasitəsilə Avropanın qamətini qırıb yenidən Vaşinqtonun orbitinə qayıdışını təmin etmək idi. Baydenin zamanında başlanan bu proses Trampın prezidentliyi dövründə kuliminasiya nöqtəsinə çatır.

Müharibənin ilk aylarından dünyada yaranan hərbi sənaye komplekslərinin əsas müəlliflərinin Rusiya və ABŞ olması nəticənin necə olacağını aydınlaşdırırdı.

Müharibə ərzində yalnız Türkiyə milli maraqlarının perspektivlərini əsas tutaraq praqmatik qərarlar verdi və Rusiyaya qarşı tətbiq edilən kütləvi sanksiyalara qoşulmadı.

Dünən, 2 martda Ukrayna üçün təşkil edilən Avropa ölkələrinin liderlərinin toplantısında da Türkiyə XİN rəhbəri Hakan Fidanın mövqeyi daha sağlam görünürdü.

Zelenski-Tramp görüşü zamanı ən vacib məqam birincinin davamlı şəkildə və xüsus inadla “təhlükəsizlik qarantiyası” istəməsi idi. Zelenski indi qapı-qapı gəzir və hər kəsdən bunu istəyir. Bu təhlükəsizlik qarantiyası nədir? Təbii ki, söhbət Ukraynanın gələcək təhlükəsizliyindən getmir, əgər müharibə bitəcəksə, daha Rusiya hücum edəsi deyil ki… Elə Zelenski də bunu nəzərdə tutmurdu. Ukraynanın təxminən Cənubi Qafqaz böyüklükdə əraziləri Rusiyanın əlindədir. Ölkə ən azı 100 illik borclandırılıb. Ukraynanın xilası mümkün deyil.

Zelenski öz hakimiyyətinin, prezidentliyinin qorunacağının zəmanətini tələb edir. Başa düşür ki, indiki situasiyada sülhə imza atmaq onun prezidentliyinin sonu deməkdir, öz taleyinin necə olacağı isə bəlli deyil.

Samir Feyruzov

Xəbər 611 dəfə oxunub.



17.03.2025  11:30 

Prezident ONLARI qəbul etdi

17.03.2025  11:26 

Tramp sabah Putinlə danışacaq

17.03.2025  10:00 

Bu həftə 3 gün işləyəcəyik

16.03.2025  22:01 

Ənvər Həsənov vəfat edib

16.03.2025  20:50 

Ziyadxan Əliyev vəfat edib

14.03.2025  22:13 

Bəşir Süleymanlı həbs edilib

14.03.2025  16:11 

Novruzda əfv olacaqmı?


BÜTÜN XƏBƏRLƏR +