“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


12.05.2022  14:52 

İsa Qəmbər 180 manat müavinət alacaq





A+  A-

Azərbaycan hökuməti sabiq dövlət başçısı İsa Qəmbərə yaşa görə müavinət kəsib: 180 manat…

Ölkədə əmək pensiyasının minimum məbləği 240 manatdır. Kişilər 65 yaşda pensiyaya çıxır. Pensiya almaq üçün ya 25 il sığorta stajı, ya da minimum pensiya kapitalı (hazırda 34560 manatdır) tələb olunur. Əks halda pensiya yaşı çatan şəxsə 180 manat müavinət düşür. Bu şərtlər əsasında 2022-ci il mayın 11-də İsa Qəmbərin 180 manat müavinət alacağı məlum olub.

XəzərNews.az xəbər verir ki, novator.az-a danışan vəkil Nemət Kərimli deyib ki, əslində İsa Qəmbər xüsusi şərtlərlə əmək pensiyası almalıdır: “Əmək pensiyaları haqqında” qanun Milli Məclisin sədri olmuş şəxsə sədrin əməkhaqqının 80 faizi qədər əmək pensiyası kəsilməsini nəzərdə tutur. Hazırda Milli Məclisin sədri 2475 manat maaş alır. Bu məbləğin 80 faizi əvəzinə İsa Qəmbərə 180 manat müavinət verilməsi tam qanunsuzluqdur”.

Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacılı qərarın siyasi ayrı-seçkilikdən irəli gəldiyini bildirib: “Hakimiyyət növbəti dəfə oponenlərinə qarşı ayrı-seçkilik və müstəqilliyin memarlarına qarşı qanunsuzluq etdi. Hakimiyyət öz cılızlığı ilə hər gün yenidən təəcübləndirə bilir. Bunlar qanuna salıblar ki, pensiyaya çıxmış deputatlar deputat maaşının 80 faizini almalıdır. Amma qanuna yazıblar ki bu maddə 1990-cı ildə seçilən deputatlara aid deyil. Məqsəd o olub ki, demblokun deputatlarını pensiyadan məhrum etsinlər (90-cı ildə seçilən öz adamları sonrakı çağırışda da deputat olub, yaxud məmur olub). Amma İsa Qəmbər təkcə deputat yox, həm də parlament sədri idi. Ona görə həmin məhdudiyyət ona tətbiq edilə bilməzdi. Amma qərarı belə veriblər, tamamilə qanunsuz”.

İsa Qəmbər 65 yaşa 2022-ci il fevralın 24-də çatıb.

Xəbər 4966 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +