“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


18.05.2019  15:53 

Sabah 35 mindən çox abituriyent imtahan verəcək





A+  A-

Sabah Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcək.
XəzərNews.az xəbər verir ki, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılacaq. İmtahanların idarə olunmasına 257 imtahan rəhbəri və 2845 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanda 35422 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 14031 abituriyent II qrup üzrə, 21391 abituriyent III qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 32585 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 12645, III qrup üzrə 19940 nəfər), 2837 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1386, III qrup üzrə 1451 nəfər) məzunudur. Abituriyentlərin 15823 nəfəri oğlan (II qrup üzrə 9538 nəfər, III qrup üzrə 6285 nəfər), 19599 nəfəri isə qızdır (II qrup üzrə 4493 nəfər, III qrup üzrə 15106 nəfər). 30654 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 3786 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 55 nəfər ali təhsil müəssisələrinin, 927 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 165 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1963-cü il, ən gənci isə 2004-cü il təvəllüdlüdür.

Bakı şəhərində 15158, Naxçıvanda 1799, Gəncədə 3750, Sumqayıtda 1709, Mingəçevirdə 1553, Şəkidə 1880, Bərdədə 2041, Göyçayda 1445, Şirvanda 2224, Lənkəranda 2387, Xaçmazda isə 1476 abituriyentin imtahan verəcəyi gözlənilir.

Xəbər 1480 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +