Bakıda evləri talayan qadın saxlanıldı
“Venesiya”da 55 nəfər nədən zəhərləndi? - Açıqlama
Prezidentin Baş prokurur vəzifəsinə namizədi kimdir?
Yaxın 24 saat ərzində saziş imzalanacaq - Şmıxal
Niqab geyinib məktəbləri gəzir... - Açıqlama-VİDEO
Prezident “IVECO”nun sükanı arxasında - Foto
Rasim Balayev Kino Agentliyinin yeni rəhbərini tanımır - ŞOK
İlham Əliyev Sumqayıtda açılışlar etdi - FOTO
Azərbaycanlı iş adamı Odessada oğurlanıb
Dünya Rusiyanı sülhə məcbur etsin... - Zelenski


30.10.2019  17:21 

“Manata ciddi təhlükə gözlənilmir“ — Vahid Əhmədov





A+  A-

"Azərbaycanın 2020-ci il dövlət büdcəsini sosial və investisiyayönümlü büdcə adlandırmaq olar".
XəzərNews.az xəbər verir ki, bunu “Ölkə.Az”a açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Onun sözlərinə görə, növbəti ilin dövlət büdcəsində daha çox sosial layihələrə üstünlük verilib: “Sosialyönümlü layihələrin icrası üçün büdcədən təqribən 40 faizə yaxın vəsaitin ayrılması nəzərdə tutulub. Bu vəsaitlər əsasən pensiyaların, müxtəlif növ müavinətlərin, əməkhaqqıların artırılması və sair məsələlərə üçün nəzərdə tutulub. Büdcənin digər əsas prioritetlərindən biri də investiya layihələrinin həyata keçirilməsidir. Bunun üçün də büdcədən təqribən 39 faizə yaxın vəsait ayrılması nəzərdə tutulur. Bu da gələcəkdə ÜDM artırılması baxımından əhəmiyyətli məsələdir”- millət vəkili bildirib.

2020-ci ildə manatın məzənnəsinə hər hansı təhlükənin gözlənilib-gözlənilməməsinə gəldikdə isə V.Əhmədov bildirib ki, manatın məzənnəsində hər hansı dəyişiklik nəzərdə tutulmur: “Manatın məzənnəsi növbəti ildə də 1,7 AZN səviyyəsində olacaq. Manata ciddi təhlükə gözlənilmir. Digər tərəfdən də neftin büdcədə qiyməti 55 dollar götürlüməsi bunu deməyə əsas verir”.
İnfilyasiyaya gəldikdə isə millət vəkili deyib ki, büdcədə infilyasiya 4,6 faiz həcmində götürülsə də, burada əlbəttə müəyyən sual doğruan məqamlar var: “ Amma mən hesab edirəm ki, cənab Prezidentin 15 oktyabr müşavirəsindəki çıxışından sonra iqtisadi, kadr sahəsində həyata keçridiyi institutsional növbəti ildə də ölkədə infilayasi yüksək olmayacaq və birrəqəmli səviyyədə qalacaq. Bütün bu deyilənlər onu deməyə əsas verir ki, Azərbaycanın 2020-ci il dövlət büdcəsinin həm sosial, həm də investisiyayönümlü büdcə kimi xarakterizə olar”.

Büdcədə xərclər hissəsində rəqmlərin şişirdilməsi ilə bağlı məsəsləyə toxunan V.Əhmədov deyib ki, bu məsələ hər zaman büdcə müzakirəsi zamanı gündəmə gəlir: “düzdür şişirdilmə var. Ancaq onun qarşısını almaq da çox çətin məslədir və birdən-birə həll etmək mümkün deyil. Bildiyiniz kimi büdcə müzakirələri zamanı hər bir nazirlik, komitə rəhbəri məktubla müraciət edərək, daha artıq vəsait almaq istəyir. Bunun qarşısını ancaq ölkə başçısının da söylədiyi kimi ictimai nəzarəti gücləndirməklə almaq olar. Büdcə xərclərinə nəzarət mexanizmini təşkil etmək üçün daha ciddi addımlar atılmalıdır”-V.Əhmədov deyib.

Xəbər 2370 dəfə oxunub.




30.04.2025  12:06 

Rusiyanın barıt zavodu vuruldu

30.04.2025  12:02 

Əvəz Zeynallı Türkiyəyə gedir

29.04.2025  23:13 

7 ay əvvəl toyu olmuşdu...- FOTO


BÜTÜN XƏBƏRLƏR +