Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


24.02.2025  12:32 

Nizam Osmanov dindirilən işdə hökm çıxdı





A+  A-

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınovun məhkəmə araşdırması başa çatıb.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Hərbi Məhkəməsində hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Təqsirləndirilən şəxslər, ilkin olaraq xüsusilə külli miqdarda - 250 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilirdilər. Lakin məhkəmədən əvvəl onlar bu məbləği tam şəkildə dövlətə geri ödəyərək bu epizod üzrə işi bitiriblər. İttihamların qalan hissəsi isə vəzifə səlahiyyətlərini aşmaqla bağlı idi. Bu maddənin sanksiya həddində 3 ildən 7 ilə kimi həbs cəzası nəzərdə tutulur.

Bu iş üzrə müdafiə nazirinin müavini - Maddi Texniki Təminat İdarəsinin rəisi işləmiş general-leytenant Nizam Osmanov da dindirilmişdi. Maliyyə pozuntuları onun işlədiyi dövrdə qeydə alındığı üçün ifadə verməsi zəruri hesab edilib.

Bugünki məhkəmə prosesində Məmmədov ilə Rəhimov vəzifə səlahiyyətlərini aşmaqda təqsirli biliniblər. Lakin məhkəmə onlara münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq edib.

E.Məmmədov və R.Laçınov 3 il müddətinə şərti məhkum edilərək azadlıqda qalmağa davam edirlər.

Qeyd edək ki, Nizam Osmanov 2023-cü ilin yayına kimi müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi olub. Mənzil İstismar İdarəsi də həmin baş idarənin tabeliyində idi.

Elmar Məmmədov və R.Laçınov həmin ötən ilin yayında həbs edilmişdilər. Biar neçə ay sonra şərait dəyişdiyindən onlar ev dustaqlığına buraxılıb.

Xəbər 859 dəfə oxunub.




18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +