Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


07.07.2021  16:11 

Gürcüstanda bu dəfə jurnalistlərlə bağlı aksiya keçirildi





A+  A-

Gürcüstanda KİV nümayəndələri Tbilisidə jurnalistlərə qarşı zorakılığa etiraz əlaməti olaraq etiraz aksiyası keçiriblər.
XəzərNews.az “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları ölkə rəhbərliyini zorakılığa görə məsuliyyəti öz üzərlərinə götürməyə və təqsirkarların cəzalandırılmasına çağırıblar.

“TV Pirveli”nin əməkdaşı Tornike Kverençxiladze hesab edir ki, məhz Baş nazirin 5 iyul tarixindəki çıxışından sonra zorakılıq prosesləri başlayıb.

Qeyd edək ki, son günlər Tbilisidə özlərini ənənəvi dəyərlərin qoruyucuları adlandıran LGBT əleyhdarları aksiyalar keçirir. Birinci və ikinci gün aksiyalar zamanı etirazçılar jurnalistlərə qarşı kobud davranış sərgiləyiblər.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına əsasən, qarşıdurmalar zamanı jurnalist, operator və fotoqraflardan ibarət 53 nəfər xəsarət alıb. Nazirlik baş verən zorakılıq halları ilə bağlı istintaqı davam etdirir.

Bu gün səhər saatlarında verilən məlumatlara əsasən, zorakılıqda və ictimai asayişi pozmaqda təqsirli bilinən 100 nəfər saxlanılıb.

Xatırladaq ki, Baş nazir İrakli Qaribaşvili iyulun 5-də Tbilisidə LGBT cəmiyyətinə dəstək məqsədilə keçirilməli olan aksiya barədə demişdi: “Bu gün Tbilisinin mərkəzində “Ləyaqət marşı”nın keçirilməsi məqsədəuyğun deyil. Bu aksiya vətəndaş qarşıdurmasına gətirib çıxara bilər. Bura Gürcüstandır, bizim öz adətlərimiz, qaydalarımız var”.

Xəbər 2246 dəfə oxunub.



25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +