Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


01.11.2023  17:28 

Böyük Şor gölünü Saleh Məmmədovun zavodu çirkləndirib





A+  A-

Bakıda Nərimanov rayonu, Dərnəgül qəsəbəsi ərazisində yerləşən Böyük Şor gölünü çirkab vəziyyətə salan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus qurum külli miqdarda cərimələnib.

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən aparılan monitorinq zamanı atmosfer havasına atılan qatı və kəskin qoxulu tüstünün olması və asfalt zavodda formalaşan çirkab suların təmizlənmədən Böyük Şor gölünə axıdılması halları aşkar edilib.

Sözügedən asfalt zavodun Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) balansında olan "Bakı 4 №-Li Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olması müəyyənləşib.

Cəmiyyətin baş direktoru və qanuni təmsilçisi Musayev Fazil Kamal oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə protokol tərtib edilib və baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə MMC rəhbəri İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 7500 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, KİV-lərdə dərc olunan məlumata görə, Fazil Musayev dövlət vəsaitləri hesabına istehsal olunan asfaltın satışını da həyata keçirir.

Fazil Musayev AAYDA İdarə Heyətinin sədri Saleh Məmmədovun yaxınlığı ilə tanınır.

Xəbər 1208 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +