İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


09.11.2022  11:38 

Rusiya ilə sərhəddə yenə də tıxac... - Dağıstan maşınları isə növbəsiz hər iki tərəfə buraxılır...





A+  A-

Hazırda Rusiyadan Azərbaycana keçmək istəyən yük maşınlarının uzun növbəsi yaranıb.

XəzərNews.az xəbər verir ki, 10 gün əvvəl bu uzun növbələr Azərbaycandan Rusiyaya keçiddə yaranmışdırsa, indi əksinədir.

Rusiya Federasiyası Nəqliyyat Nazirliyi bunun səbəbini Yaraq-Kazmalyar sərhəd-keçid məntəqəsində hərəkət sxemindəki dəyişiklikə izah edir. Bildirilib ki, dəyişikliyə səbəb Rusiyaya gedən iritonnajlı yük maşınlarının çoxluğu olub. Həmçinin, dəyişikliyin noyabrın 17-nə kimi tətbiq ediləcəyi vurğulanıb.

Bununla yanaşı, qurumdan yük avtomobillərinə Rusiya ərazisindən Azərbaycana çıxış üçün qonşu Tahirkənd-Kazmalyar keçid məntəqəsindən istifadə etmək tövsiyə olunub.

Sürücülər isə XəzərNews.az-a açıqlamalarında bu məlumatla razılaşmırlar:

"Rusiyadan Azərbaycana iki keçid var. Hər iki keçiddə işlər çox ləng gedir. Rusiya tərəfi Dağıstan maşınlarını növbəsiz hər iki tərəfə buraxır, Azərbaycan və digər tranzit maşınlar isə günlərlə növbədə qalır. Hazırda 4 gündür Rusiya tərəfində qalmışıq, 500-dək maşın var, gündə 20 maşın keçə, ya keçməyə... Burda hər gün qalmağımız həm bizə, həm də apardığımız məhsula ziyan olur. Amma baxan yoxdur, sanki dünyanın sonudur".

Yusif Əli
XəzərNews.az


Xəbər 1084 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +