İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib
Alatavada evi uçuran sürücü də həbs edildi
Prezident Şəfiqə Məmmədovanı qəbul edib
“Milyarderə bax da sən!” - Fərhad Əhmədov tənqid olundu
Şəfiqə Məmmədova təltif edildi
Rusiya “Dnepr“i vurdu, 4 ölü, 13 yaralı var


21.11.2018  16:12 

“Elə də böyük dava olmayıb...” - Aktyordan açıqlama





A+  A-

“Tural Mirzəliyev qadınları başına yığaraq məhkəmənin qarşısına toplaşır, biz tərəfdən kiməsə tüpürür, söz atırlar. O isə xanımların arxasında gizlənir. Axı T. Mirzəliyev məhkəməyə şahid qisminə çağırılmayıb. Onun məhkəmə qarşısında nə işi var?”
XəzərNews.az xəbər verir ki, bu sözləri aktyor Rza Rzayev “Yeni Müsavat”ın feysbuk səhifəsinin canlı yayımına qonaq olarkən deyib.

R. Rzayev 175 nömrəli məktəbin direktoru Tural Mirzəliyevlə davasının təfərrüatından danışıb:

“Biz ötən günü yenə məhkəmə qarşısında idik. Biz ora gələn zaman hər zaman Tural və xanımlar məhkəmənin qarşısına toplaşırlar. Tural təhrik edir, əliylə qeyri-etik hərəkətlər göstərir. Keçən həftə məhkəməyə gələndə bunun şəklini çəkdim, o mənə ikrahla dedi ki, gəl yaxından çək. Daha sonra mən ona dedim ki, məhkəmədən sonra söhbət edərik. Tural bəy məhkəmədən çox narahatdır, onun qeyri-qanuni əməlləri ortaya çıxır və belə hərəkətlərlə söhbəti ört-basdır etmək istəyir. Dünən isə yenə eyni hadisə yaşandı, şəkillər çəkildi. Mən ona dedim ki, iş vaxtı burada nə işin? Söylədi ki, valideynlərə dəstək olmaq üçün gəlib. 8 iş günü buraxırsan, gəlib məhkəmələrin qarşısında gözləyirsən, həmin xanımları təlimatlandırırsan”.

Aktyor qalmaqalın söyüşə görə baş verdiyini qeyd edib: “O, ağsaqqaları üstümə tapşırıq üçün göndərir, orda isə belə hərəkətlər edirdi. Sonra söyüş söydü, söyüşün bədəlini ödəyəcək. Heç bir Azərbaycan kişisi o fikri öz üzərinə götürməz. Mən onun hərəkətlərinə dözürdüm. Amma bu dəfə alçaqcasına ifadələr işlətdi, münaqişə yarandı. Yaxındakı qaynı da söyüş söydü. Bundan sonra dava yarandı. Onlar iki nəfər idi, mən isə tək! Qaynı əlini cibinə atdı, elə bilim ki, soyuq silahı var. Elə də böyük dava olmayıb. Ağır xəsarətlər yetirilməyib. Bu davadan sonra məhkəmə zalına gəldi. Məhkəmə də onu zaldan bayıra çıxardılar. 25-ci polis bölməsinə getdik, 3-4 saat orada olduq. Ona ağır xəsarətlər yetirilməyib ki, xəstəxanada yatsın. Polis bölməsində izahat alınan vaxtı bayırda səs-küy qopdu. Mənim qohumlarımla onun qaynı arasında dava oldu. Qaynı dostunu çağırıb, ona soyuq silah verib və həmin şəxs də bıçaqla yaxınlarıma hücum edib”.

Bundan əlavə, Rza Rzayev mübahisə zamanı sağ qolunun əzildiyini vurğulayıb.

Xəbər 1368 dəfə oxunub.




29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +