Bu gün 51 mindən çox şagird imtahan verəcək
Xaçmazda yeniyetmə qız itkin düşüb
Bakıda itkin düşən məktəbli tapıldı - Yenilənib
Maşın svetofora çırpıldı - QƏZA
Prezident Avropa Şurasının baş katibi ilə görüşüb
Araq beyninizi belə zədələyir - ARAŞDIRMA
Mövqelərimiz atəşə tutuldu
“Shacman”la “BYD“ avtomobili toqquşub
Azərbaycanlı idmançı yeniyetməni zorlamaqda ittiham olunur
Bu gün bank kartlarından 10725 manat oğurlanıb


16.03.2024  16:47 

Tokayevin ölkəmizə səfəri hansı nəticələrlə yadda qaldı?





A+  A-

“Qazaxıstan Prezidenti Kasım Jomart Tokayevin Azərbaycana dövlət səfəri simvolik xarakter daşıyır. Son iki il ərzində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın xeyli inkişaf etdiyini şahidi oluruq”

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Qazaxıstan-Azərbaycan münasibətləri haqqında Bizim.Media ilə fikirlərini bölüşən qazaxıstanlı politoloq Nurbolat Nışhanbayev deyib.

“İqtisadi əməkdaşlığımız daha da inkişaf edəcək”


Qazaxıstan liderinin Azərbaycan səfərini və iqtisadi əlaqələrdəki inkişafı şərh edən Nışhanbayev, iki ölkənin yaxın münasibətlərinin Türk dünyasının birləşməsi yönündə də əhəmiyyətindən danışıb.

“Qeyd etmək istədiyim iki fakt var. Birincisi, Azərbaycan və Qazaxıstan tarixən Xəzər dənizindən qonşu, qardaş ölkələr olub. İkincisi isə son iki il ərzində Avrasiya qitəsində geosiyasi çalxalanma müşahidə olunur və strateji dəyişiklik Qazaxıstanın xarici siyasətinə da təsir edir.

Türk Dövlətləri Təşkilatının əsasını qoyanlardan olan Azərbaycan və Qazaxıstan son iki il ərzində iqtisadi, siyasi, sosial sahələrdə əməkdaşlıqlarını xeyli genişləndiriblər. Bununla bərabər, düşünürəm ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq daha da irəliləyəcək”, - deyə Nışhanbayev qeyd edib.

“Qeyri-Türk dövlətlərindən asılılığımız azalacaq”


İki ölkənin yerləşdiyi coğrafi mövqeyin iqtisadi baxımdan əməkdaşlıqla birlikdə inkişaf edəcəyini deyən politoloq, gələcək illərdə qeyri-Türk dövlətlərindən asılılığın da azalacağına diqqət çəkib.

“Geosiyasi cəhətdən Qazaxıstan və Azərbaycan Mərkəzi Asiyadan Cənubi Qafqaza qədər, Şərqdən Qərbə doğru körpü yaratmaq istiqamətində güclü potensiala sahibdirlər.

Bu marşrut növbəti onilliklərdə yeni müasir İpək yolu və ya ticarət yolu olacaq. Qazaxıstan Prezidentinin Azərbaycana hazırki səfəri də bizim kifayət qədər güclü olduğumuzu, Türk dünyasının gələcəyini, eləcə də sahib olduğumuz ortaq kökün iki ölkə arasında sağlam gələcək yaradacağını nümayiş etdirir”, - deyə Nurbolat Nışhanbayev əlavə edib.

Xəbər 1231 dəfə oxunub.




12.04.2025  10:32 

Mövqelərimiz atəşə tutuldu

11.04.2025  19:36 

Bu qurumun 4 milyon vergi borcu var

11.04.2025  19:30 

Borca görə intihara cəhd etdi

11.04.2025  16:32 

“Bolt” yalan danışır?

11.04.2025  14:05 

Sabahın havası: Yağmursuz...


BÜTÜN XƏBƏRLƏR +