Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


03.02.2025  12:47 

“Qırmızı yelkənlər”də partlayış: Sarkisyan ölüb?





A+  A-

Fevralın 3-də Moskvanın şimal-qərbində yerləşən “Qırmızı yelkənlər” elit yaşayış kompleksində partlayış baş verib.

XəzərNews.az Rusiyanın TASS agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində bir nəfər ölüb və dörd nəfər isə yaralanıb.

Baza Telegram kanalı isə beş nəfərin yaralandığını iddia edir. Telekanalın məlumatına görə, partlayış əldəqayırma partlayıcı qurğunun işə salınmasından sonra baş verib.

Hadisə yerinə təcili tibbi yardım helikopteri gəlib. Bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislər hazırda yaşayış kompleksinin liftlərində, şaxtalarında, dəhlizlərində və dayanacaqlarında partlayıcı maddələrin olub-olmadığını yoxlayırlar.

Rusiyanın “İnterfaks”ı və bir sıra digər KİV-lər yazır ki, Rusiya tərəfində vuruşan “Arbat” xüsusi təyinatlı batalyonunun yaradıcısı və qanunsuz “DXR” Boks Federasiyasının prezidenti Armen Sarkisyan da öldürülüb. Bir sıra Telegram kanalları, o cümlədən Rusiya təhlükəsizlik qüvvələri ilə əməkdaşlıq edən media Sarkisyanın sağ, lakin ağır yaralı olduğunu təkid edir.

Lalə
XəzərNews.az




Xəbər 1841 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +