Sabiq məmurun oğlu məhkəmə qərarından narazıdır
Cərimələrdən toplanan vəsaitin 50 faizi hərbçilərə veriləcək
“Kliniki Tibbi Mərkəz”də nöqsanlar aşkarlandı
Rusiya Hacı Zülfüqarı Azərbaycana vermədi
19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf


12.02.2025  16:13 

Türkiyəli iş adamının Azərbaycandan çıxışına qadağa qoyulur





A+  A-

Türkiyəli iş adamının Azərbaycandan çıxışına məhdudiyyət qoyulub.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, "Star Public Transport" şirkətinin rəhbəri Selim Evsenin Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 271.865,67 manat vergi borcu yaranıb.

İdarə tərəfindən sözügedən borcun 5 gün ərzində ödənilməsi üçün "Star Publik Transport" Məhdud Məsuliyyətli Cəmiyyətinə xəbərdarlıq edilsə də, türkiyəli iş adamı tərəfindən icra edilməyib.

Nəticədə şirkətin qanuni təmsilçisi Selim Evsenin barəsində məhkəməyə müraciət edilib. Məhkəmənin qərarı ilə 1967-ci ildə Türkiyə Respublikasında anadan olmuş Selimin Evsenin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Qeyd edək ki, Selim Evsen Azərbaycan-Türkiyə İş Adamları Birliyinin (ATİB) üzvüdür. Şirkət Azərbaycanda taksi fəaliyyəti ilə məşğul olur.

Xəbər 1799 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +