Xanlar Vəliyevi kim əvəz edə bilər?
Rusiya Sumı və Xarkova hücumu artırıb
Qadını fotoları ilə şantaj edən şəxs tutulub
Azərbaycan kimi dövlətlərə dəyər verməlidirlər - Prezident
Gecə klubunun damı uçdu: Xeyli ölü və yaralı var
Orduya çağırılanlar necə yarasız edilir?
Azyaşlıya qarşı cinsi zorakılıq: 4 nəfər həbs edildi
Seymur Verdizadə təltif olundu
FHN “Dədə Qorqud” Şadlıq Evini bağladı
Xanlar Vəliyev getdi.... - Səlahiyyət müddəti uzadılmadı


03.02.2017  10:47 

İsveçrənin XİN rəhbəri: "Azərbaycan Avropa ilə Mərkəzi Asiya arasında körpü rolunu oynayır"





A+  A-


Azərbaycan ilə İsveçrə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov isveçrəli həmkarına ünvanlandığı məktubda iki ölkə arasında əməkdaşlıq üçün geniş potensialın olduğu və müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf etdiyini diqqətə çatdırıb.

O, tərəflər arasında dinamik siyasi dialoqun və parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayıb. İsveçrənin 70-dən artıq şirkətinin Azərbaycanda, SOCAR-ın isə bu ölkədəki uğurlu fəaliyyətinə toxunan E.Məmmədyarov, Azərbaycanda nəqliyyat və dəmir yolu layihələrinə İsveçrə şirkətlərinin cəlb olunmasının ikitərəfli münasibətlərə töhfə verdiyini, eləcə də bu ölkə üçün regional perspektivdə Uzaq Şərqdən Şimali Avropaya qədər böyük coğrafiyada geniş imkanlar açdığını qeyd edib. E.Məmmədyarov təhsil, mədəniyyət, kənd təsərrüfatı, turizm və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.

İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burhalter E.Məmmədyarova göndərdiyi məktubda Azərbaycan və İsveçrə arasında yüksək səviyyəli münasibətləri və son 25 il ərzində bir çox sahələrdə inkişaf edən əməkdaşlığı qeyd edib. O, Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında təkcə coğrafi baxımdan deyil, həmçinin iqtisadi və mədəni baxımdan körpü rolunu oynadığını qeyd edib. İsveçrəli nazir mövcud tərəfdaşlığın iki ölkə arasında güclü bağları əks etdirdiyini və bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminlik ifadə edib. D.Burhalter sonda dostluq ruhundan çıxış edərək Azərbaycan xalqına xoş arzularını çatdırdığını bildirib.



Xəbər 1619 dəfə oxunub.




09.04.2025  11:24 

Seymur Verdizadə təltif olundu

08.04.2025  18:13 

Bondarenko istefa verdi


BÜTÜN XƏBƏRLƏR +