Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


09.10.2019  16:42 

Dindarları ziyarət adı ilə aldadıb pullarını aldı





A+  A-

Bakıda xeyli vətəndaşı xarici ölkəyə ziyarətə aparmaq adı ilə aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.
XəzərNews.az-ın verdiyi xəbərə görə, İsmayılov Xəyal Nazim oğlu özünü dindar şəxslərə Ramil, Amil və Kamran kimi tanıdaraq onları Kərbəlaya aparacağını söz verib və hər bir şəxsdən 300-600 manat arası pul alıb. Ziyarət zamanı gəldikdə isə zəvvarlar onu tapa bilməyiblər. Şikayətçilərin verdiyi məlumata görə, həmin şəxs bu yolla 100-ə yaxın adama pul “atıb”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik Orxan Mansurzadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, 1997-ci il təvəllüdlü Xəyal İsmayılov bir neçə vətəndaşın şikayəti əsasında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə gətirilib: “Bu şəxs əvvəllər də bir qrup şəxs tərəfindən törədilən soyğunçuluğa görə məhkum olunub. Vətəndaşları müqəddəs ziyarətgahlar olan – Məkkə, Kərbəla, Məşhəd və digər müqəddəs yerlərə ziyarət turları təşkil etmək adı ilə onların əmlakını mənimsəyib.

Hazırda bununla bağlı polisə 5 vətəndaş ərizə ilə müraciət edib. Onlar da ərizələrində bu faktı qeyd ediblər. Həmin şəxslə bağlı 29-cu Polis Bölməsi tərəfindən təhqiqat davam etdirilir. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs oxşar əməllərini təkcə Yasamal rayonu ərazisində deyil, paytaxtın digər rayonlarında da həyata keçirib. Buna görə də vətəndaşlardan xahiş olunur ki, bu şəxsin dələduzluq əməllərindən zərər çəkən varsa, aidiyyatı üzrə Yasamal Rayon Polis İdarəsinə müraciət etsinlər. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün istintaq orqanına təqdim ediləcək”.

Xəbər 1608 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +