Pezeşkianın səfəri radikal şovinistlərin at oynatdığı dövrdə baş verir – Şərh
DSX kiçik giziri intihar edib
ANAMA-nın əməkdaşı minaya düşdü
Prezidentlərin geniş tərkibdə görüşü başlayıb
Uşaqların I sinfə qəbulu prosesi başlayır
Sabah leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyevin Pezeşkian ilə görüşü başlayıb
Pezeşkian Bakıda: Rəsmi qarşılanma mərasimi olub
Bu yolda sürət həddi 20 km/saat endirilib
Pezeşkianın Bakı səfərində dəyişiklik


28.07.2017  11:43 

DİM kolleclərə qəbul olmaq istəyənlərə müraciət etdi





A+  A-

Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən, lakin əvvəlcədən elan olunmuş tarixlərdə qeydiyyatdan keçməyən cari ilin məzunları üçün “Abituriyentin elektron ərizəsi” qeydiyyat sistemi ixtisas seçimi bitənədək yenidən aktiv edilib.
Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 9 illik təhsil bazasından kolleclərə qəbul olmaq üçün ixtisas seçimi avqustun 6-dək davam edəcək.

Qeyd olunub ki, ümumi (9 illik) orta təhsil bazasında buraxılış imtahanlarında iştirak etmiş və tələb olunan müsabiqə şərtlərini ödəmiş cari ilin məzunları avqustun 6-dək qeydiyyatdan keçib ixtisas seçimində iştirak edə bilərlər. İxtisas seçiminə buraxılış imtahanında (hər iki mərhələ üzrə) ümumi balı 40-dan, Azərbaycan dili və ya rus dili fənni üzrə balı 20-dən və riyaziyyat fənni üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar.


Xəbər 1520 dəfə oxunub.




28.04.2025  14:18 

DSX kiçik giziri intihar edib


BÜTÜN XƏBƏRLƏR +