Zelenskinin ilə bağlı müxtəlif ssenarilər var - Narışkin
Bir milyondan çox vergi borcu olan xanım sahibkar kimdir?
Dolu düşəcək, sulu qar yağacaq - Hava proqnozu
Tarif Şurası rəsmisi sərxoş halda qaziyə hücum çəkib
Biz hamımız bu adamıq - Zelenskaya
Üçüncü Dünya müharibəsi başlaya bilər - Şoyqu
Məhkəmə Əvəz Zeynallı ilə bağlı qərar verdi
Ölülərin qızıl dişlərini çıxaran şəxs saxlanılıb
Meydan Babayev vəzifəsindən uzaqlaşdırıldı
Sabiq prezidenin qızının milyonları geri qaytarılır


25.10.2021  11:21 

“Dedi ki, iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyəm” - Məhkəmə





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XezerNews.az xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda şahid qismində BSU-nun tələbəsi Şəhanə İbrahimova ifadə verib.

O deyib ki, universitetdə təhsil almaq üçün D.Əliyevaya 4 min manat pul verib: “Bir müddət sonra isə mənə universitetdən bildirildi ki, ora 2 min manat ödəniş borcum var. Universitetə təhsil almaq üçün ilk olaraq Dürdanə Əliyeva ilə görüşdüm. Mənə söylədi ki, burada iki illik təhsil almaq üçün üç illik ödəniş etməliyım. Ondan səbəbini soruşdum. Dedi ki, burada bələdir”.

Daha sonra şahbid qismində BSU-nun digər tələbəsi Rauf Həsənov dindirilib. O bildirib ki, D.Əliyevaya universitetdə təhsil alması üçün ondan 2 min manat pul verib.

R.Həsənov ona dəymiş 2 min manat məbləğində ziyanın təqsirləndirilən şəxs tərəfindən ödəməsini istəyib.

Proses noyabrın 1-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin müdiri, dosent Dürdanə Əliyeva barəsində araşdırma aparılıb.

Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. /"Report"/

Xəbər 1389 dəfə oxunub.




24.04.2025  10:39 

Flora Kərimovanın səsi batdı


BÜTÜN XƏBƏRLƏR +