Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


09.01.2023  14:26 

Kənani İran və Azərbaycan münasibətlərindən danışdı





A+  A-

"İran və Azərbaycan iki qonşu ölkədir. Uzun, müştərək sərhədlərə malikdir, müştərək maraqlardan ortaya gələn siyasi əməkdaşlıqları mövcuddur".

XəzərNews.az APA-ya istinadən bildirir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Nasir Kənani bu gün keçirdiyi həftəlik mətbuat konfransında deyib.

"Düşünürük ki, iki ölkə arasında mövcud olan bəzi anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfi bu haqda müsbət addımlar atıb və İran da öncədən olduğu kimi, bu çərçivədə addımlayır", - o bildirib.

Kənani İran və Azərbaycan arasında münasibətlərin soyuq olmasına dair iddiaları təkzib edərək qeyd edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlər normaldır.

O, Məhəmməd Baqir Qalibafın İran-Azərbaycan-Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünə də münasibət bildirib. XİN rəsmisi vurğulayıb ki, beynəlxalq iclaslarda bir neçə tərəfli görüşlərin keçirilməsi təbiidir və belə bir görüşün keçirilməsi üçün əlverişli şərait var.

Xəbər 1308 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +