Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


28.06.2022  18:20 

“Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib





A+  A-

Prezident İlham Əliyev “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

XəzərNews.az xəbər verir ki, sənədə əsasən, dövlət məvacibindəki sonrakı artımlar dövlət qulluqçusunun müvafiq vəzifədə işlədiyi vaxt dövlət məvacibinə daxil olan ödənişlərdəki artımlara şamil olunacaq.

Qayda sənədinin 7-ci hissənin ikinci cümləsi aşağıdakı redaksiyada verilib:

“Ailə üzvlərindən biri (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.13-cü maddəsinə uyğun olaraq ailə başçısının qulluq stajına görə əlavə təyin olunmuş əri (arvadı) və övladları istisna olmaqla) öz seçimi ilə digər növ əmək pensiyası və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsinə əsasən sosial müavinət (ailə başçısını itirməyə görə sosial müavinət istisna olmaqla) aldıqda, ailə başçısını itirməyə görə ona düşən əmək pensiyasının məbləği digər ailə üzvləri arasında bölüşdürülməklə, onların əmək pensiyasının məbləği yenidən hesablanır.”.



Xəbər 1517 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +