Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


06.06.2022  15:41 

Tofiq Yaqublu ağlını itiribmi?





A+  A-

Vətəndaş və Inkişaf Partiyasinın sədri Əli Əliyev İlham Əliyevin sifarişi ilə həbsdədir. Daşdan səs çıxır, Azərbaycanda mövcud olan və özünü müxalifət partiyası adlandıran 60 partiyadan isə səs çıxmır. Hamısı ağzına su alıb. “Avtobus müxalifəti” ifadəsinin ortaya çıxmasının təsadüfi olmaması bir daha öz təsdiqini tapır...

“Avtobus müxalifəti” heç, bunu boş verək. Bizim real müxalifət nümayəndələri Əli Əliyevin həbsdən azad olunması üçün nə iş görür? Heç bir şey. Dostum-qardaşım Tofiq Yaqublu isə lap gül vurub, müdafiə cəhənnəmə, həbsdə olan partiya sədrinə qarşı əks-təbliğat kampaniyası aparıb.

Vallah, bunlarda ağıl deyilən şey qalmayıb. Tofiq Yaqublunun sözünün musatafası odur ki, Əli Əliyev “girdirmə” müxalifətdir, onu boş verin. Əsil müxalifət bizik. Kağız üzərində hələ də müsavatçı olan Tofiq Yaqublu “bizik” deyəndə AXCP və Əli Kərimlini nəzrdə tutur. Olsun, mənin buna heç bir etirazm yoxdur...

Çaşqınlıqdan adam “Heyrət, ey büt, surətin gördükdə lal eylər məni” vəziyyətinə düşür.



Ay qurban olum sizə, axı bütün Azərbaycan bilir ki, Əli Əliyevi İlham Əliyevin sifarişi ilə həbs ediblər. Məntiq onu deyir ki, şərlənərək həbs olunan Əli Əliyevi bütün namuslua adamlar müdafiə etməlidir. Tofiq Yaqublu isə həbsdə olan partiya sədrinə qarşı əks-təbliğat aparır. Onu gözdən salmağa çalışır...

Mən öz payıma Tofiq Yaqubluya demək istərdim ki, bəy, sənə çox ayıb olsun. Və onu da bil ki, bu kimi davranışlar Azərbaycan müxalifətinin olan-qalan nüfuzuna da öldürücü zərbə vurur...

Elbəyi Həsənli

Xəbər 1954 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +