Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


12.04.2018  17:43 

ATƏT-in müşahidə missiyası seçki pozuntularını açıqlamaq istədi, lakin...





A+  A-

Azərbaycanda keçirilmiş prezident seçkilərinin nəticələri ilə bağlı ATƏT-in müşahidə missiyasının bu gün Bakıda keçirdiyi mətbuat konfransında qalmaqal baş verib.
XəzərNews.az xəbər verir ki, missiyanın üzvləri seçkidə baş vermiş pozuntular barədə danışmağa başlayan kimi bir qrup jurnalist yerindən qalxaraq, kəskin etirazını bildirib.

ATƏT DTİHB-nin müşahidə missiyasının rəhbəri seçki günü müşahidəçilərin müxtəlif yerlərdə müşahidə apardığını, müəyyən pozuntular qeydə aldıqlarını bildirib.

Yüksək tonlarda danışan jurnalistlər missiyanın üzvlərindən hesabatlarını dəyişməyi tələb ediblər. Buna cavab olaraq, ATƏT nümayəndələri mətbuat konfransını dayandırıblar və zalı tərk ediblər.

Müəyyən müddətdən sonra onlar yerlərinə qayıdaraq mətbuat konfransının bitdiyini bildiriblər və əlavə ediblər ki, monitorinqin nəticələri çap olunmuş variantda mövcuddur və istənilən şəxs onunla tanış ola bilər.

Sonda qeyd olunub ki, yekun hesabat iki ay ərzində açıqlanacaq.

Qeyd edək ki, mətbuat konfransında iştirak edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Səs" Media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri müşahidə missiyalarının rəyinin qərəzli olduğunu bildiriblər.


Xəbər 2306 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +