Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır
Bir sıra məhkəmələrə sədr və hakimlər təyin olunub


06.09.2017  14:32 

“Yarımadada baş verənlər ciddi təhlükə mənbəyidir” - İlham Əliyev





A+  A-

Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XəzərNews.az xəbər verir ki, dövlət başçısı Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun ölkəmizə səfərinin Azərbaycan-Koreya əlaqələrinin inkişafında çox mühüm rol oynayacağına əminliyini ifadə edib. Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin yaxşı səviyyədə olduğunu vurğulayıb. Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib. Koreyanın böyük iqtisadi uğurlar əldə etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, Koreya xalqı istedadlı və zəhmətkeş xalqdır.

Dövlət başçısı Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib.

Xəbər 1848 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +