Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


15.02.2017  23:42 

Bakıda dəhşətli qəza - 8 maşın bir-birinə dəydi + FOTOLAR





A+  A-

 

Bakıda yük maşını zəncirvari yol qəzası törədib.

XəzərNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib.

Prospektdəki tunelin çıxışında İmişli rayon sakini Xəlilov Savalan Komsomol oğlunun idarə etdiyi “KamAZ” markalı yük maşını ətrafında hərəkətdə olan avtomobilləri vurub. Nəticədə 8 maşın bir-birinə dəyib.

Sürücünün bildirdiyinə görə, onun avtomobili çınqılla yüklü olub. Ziya Bünyadov prospektində hərəkətdə olarkən VAZ-2104 markalı avtomobil manevrlər etməklə onu çaşdırıb və nəticədə qəza baş verib. Savalan Xəlilov deyib ki, o, avtomobili aşağı sürətlə idarə edirmiş.

VAZ-2104 markalı avtomobilin sürücüsü isə KamAZ-ın yüksək sürətlə hərəkətdə olduğunu, sürücünün yüklü avtomobili saxlamaqda çətinlik çəkdiyini iddia edir. Qəza nəticəsində avtomobillərə ciddi ziyan dəyib. Avtomobillərdən birindəki hamilə qadın özünü pis hiss etdiyindən hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparıblar. Qəzanın səbəbləri dəqiqləşdirilir.

Bakıda dəhşətli qəza -  8 maşın bir-birinə dəydi +Fotolar
Bakıda dəhşətli qəza -  8 maşın bir-birinə dəydi +Fotolar

 



Xəbər 3298 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +