Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


27.12.2017  22:29 

Azərbaycanda şok hadisə - Körpəsini 10 minə satışa çıxardı





A+  A-

“Baxa bilmirəm. Razılaşma yolu ilə satıram”.
Bu cümlə hər hansı bir əşya, avtomobil haqqında yazılmayıb. Təəccüblü olsa da, bu sözlər körpə uşağı satan şəxs tərəfindən yazılıb. Belə ki, ata öz övladını alış-veriş saytında 10 min manata satışa çıxarıb.

XəzərNews.az “Musavat.com”a istinadən xəbər verir ki, Orxan adlı azərbaycanlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: “Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə”.

Saytın əməkdaşı həmin Orxan adlı şəxslə alıcı qismində əlaqə də saxlayıb.

Övladını satışa qoyan ata deyib ki, bunu borcu ucbatından edir: “Borcun içində boğuluram. Uşağa baxa bilmirəm. İmkanım yoxdur. 40 günlükdür. Qiymətdə razılaşa bilərik. Hazırda uşağın qeydiyyatı 20 Yanvarda yerləşən Respublika Klinik xəstəxanasındadı. Adına keçirə bilərəm”.

Jurnalist bunun cinayət olduğunu xatırladıb. Bu zaman Orxan bildirib ki, “Elə bil ki, donordu. Pulsuz verirlər. Amma biz aramızda anlaşa bilərik”.

Xəbər 1216 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +