Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


28.03.2019  16:03 

Nurəddin Xocaya şərti cəza verildi





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Teref.info" saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İsmayılov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən onun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi təyin olunaraq ona şərti cəza verilib.

İttihama görə, N.İsmayılov vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı və saytında dövlət əleyhinə açıq çağırışlar etməkdə təqsirləndirilib.

Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Xəbər 1074 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +