Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


27.03.2019  16:52 

Maşın bazarında ucuzlaşma olacaq - EKSPERT





A+  A-

Dünyanın bir çox yerində olduğu kimi, Azərbaycanda da avtomobillərə maraq yüksəkdir. Bəzən qiymətlərin qalxması və başqa səbəblər bazarda durğunluğa səbəb olur. Amma bu durğunluq uzun sürmür. Bəs hazırda avtomobil bazarında vəziyyət necədir?
Məsələ ilə bağlı Modern.az-a danışan istisadçı ekspert Vüqar Bayramov deyib ki, hazırda avomobil bazarında canlanma yoxdur, yanvar ayından başlanan durğunluq davam edir:

“Amma qiymətlərin sabitləşməsi müşahidə olunur. Öncədən proqramlaşdırmışdıq ki, ölkəyə idxal olunan avtomobillərə tətbiq edilən aksiz vergisi qiymətlərin artmasına gətirib çıxaracaq. Bu baş verdi, amma tələb aşağı olduğu üçün, xüsusilə fevraldan etibarən müşahidə edilən durğunluq nəticə etibarı ilə qiymətlərin müəyyən stabilləşməsinə səbəb oldu. Qiymətlər stabilləşsə də, tələb aşağıdır, bu da durğunluğun davam etməsinə gətirib çıxarır. Qiymət artımlarından sonra biz müşahidə etdik ki, avtomobil satanların sayı artdı, alanların sayı isə azaldı. Avtomobillərə tətbiq edilən aksiz vergisinin artmasından sonra ölkəyə idxal olunan avtomobillərin sayında da azalma qeydə alındı. Hələlik avtomobil bazarında canlanma gözlənilmir. Güman olunur ki, növbəti aylarda qiymət artımı qeydə alınmayacaq, əgər durğunluq davam edərsə, bu, qiymətlərin müəyyən qədər azalmasına səbəb ola bilər”.

Ekspert bildirib ki, Azərbaycanın istehsal etdiyi avtomobillər hələlik daha çox dövlət sifarişi əsasında istifadə edilir:

“Bazarda yerli istehsal avtomobilləri olsa da, sayı çox deyil. Hələlik yerli istehsah bazara təsirini göstərmir, bəlkə yerli istehsal gələcəkdə bu vəziyyəti dəyişə bilər. Həmin avtomobillərə olan inamın formalaşması çox vacibdir. İnam yaranarsa, yerli istehsal gələcəkdə bazarda müəyyən paya sahib ola bilər. Hazırda isə bazarda olan vəziyyətə ciddi təsir göstərə bilmir”.

Xəbər 1614 dəfə oxunub.




28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +