Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


25.12.2017  12:15 

Bayram yarmarkaları təşkil olunacaq - ÜNVANLAR





A+  A-

Bayram günlərində Bakı və Sumqayıtda satış yarmarkaları təşkil olunacaq.
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Bakı və Sumqayıt şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının, möhtəkirliyin qarşısının alınması məqsədi ilə 28-31 yanvar tarixlərində fasiləsiz olaraq, 4 gün müddətində KTN tərəfindən kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının keçirilməsi nəzərdə tutulub.

Yarmarkalar aşağıdakı ünvanlarında təşkil olunur:

Bakı şəhəri üzrə:

Xətai rayonu:

- Məzahir Rüstəmovküçəsi, Bakı kinoteatrının yaxınlığı

Nərimanov rayonu:

- Keşlə bazarının ərazisi;

Səbail rayonu:

- Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası

Suraxanı rayonu:

- Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi TəyinatlıMənzil-kommunal Təsərrüfat Birliyinin yanı

Binəqədi rayonu :

- Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlıgı.

Sumqayıt şəhəri üzrə (2 yerdə):

- 12-ci mikrorayon

- köhnə avtovağzalın yanı

Yarmarkaların mütəşəkkil keçirilməsi üçün Nazirliyin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkalara təhkim olunub və onlar da satılan məhsulların keyfiyyətinə, istehlak üçün yararlı və təhlükəsiz olmasına, qiymətlərin tənzimlənməsinə daim nəzarət edəcəklər. Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkalar səyyar avtolaboratoriyalarla təmin olunacaq.

Xəbər 1162 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +