Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


24.12.2017  18:35 

Qarşıdakı həftə Cocuq Mərcanlıda AÇILIŞ OLACAQ





A+  A-

Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yenidənqurma işlərinin ikinci mərhələsi başa çatıb.
XəzərNews.az bildirir ki, bu barədə Modern.az-a məlumat verən Cəbrayılın Cocuq Mərcanlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Xanlar Zeynalov deyib ki, artıq kəndə köçürüləcək ailələrin siyahısı hazırlanır:

“İlkin olaraq, əsasən Bakı və Bakıətrafı qəsəbələrdə, yarımçıq tikililərdə, uşaq bağçalarında, məktəblərdə məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub”.

X.Zeynalov ikinci köçün 2018-cilin yanvar ayında reallaşacağını bildirib:

“Növbəti həftə daha 100 evin tikintisinin başa çatması ilə bağlı açılış olacaq. Açılışda ölkə prezidentinin, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədrinin və digər rəsmilərin iştirakı gözlənilir. İkinci köç növbəti ilin yanvar ayının ortalarında başlayacaq”.

Qeyd edək ki, ilkin mərhələdə 10 hektar ərazidə tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb, ümumi sahəsi 3850 kvadratmetr olan 50 fərdi yaşayış evi, 96 şagird yerlik ümumtəhsil məktəbi, məscid, elektrik yarımstansiyası, hidrometeoroloji stansiya inşa edilib, qaz, elektrik, içməli su xətləri, ümumi uzunluğu 9 kilometr olan avtomobil yolu çəkilib.

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin davam etdirilməsi, o cümlədən 100 fərdi yaşayış evinin, uşaq bağçasının, həkim məntəqəsinin, digər zəruri sosial və infrastruktur obyektlərinin tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə 9,0 (doqquz) milyon manat ayrılmasıilə bağlı sərəncam imzalayıb.

Növbəti mərhələdə 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi aparılıb. 17 hektar ərazidə inşa edilən evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlıdır. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılıb.

Xəbər 1303 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +