Liftlərə 10 milyon manata yaxın vəsait ayrıldı
Rəhimə Atəş necə fizioterapevt olub?
Müseyib Həmzəyevin qardaşı oğlunun 1,4 milyon borcu var
APA-nın saytına da haker hücumu olub
Biz 15 maddə üzrə razılığa gəlmişik - Armen Qriqoryan
Olivier Dekotini Vayots Dzor bölgəsinə niyə gedib?
Jurnalist Fatimə Mövlamlı saxlanılıb
Zelenski və Tramp bu gün görüşəcək
Prezident Fərman imzaladı
Qarlı hava yenə qayıdır - Martın ilk günündə...


26.09.2017  14:39 

Bacılar AFFA-da Rövnəq Abdullayevin göstərişini geri oxutdurub





A+  A-

Bir müddət öncə Azərbaycan Futbol Federasiyaları Assosasiyasında (AFFA) “at oynadan” Xanım və Sevinc Hüseynova bacıları barədə mətbuatda geniş məlumat verilmişdi.
Sosial şəbəkələrdə yayılan məlumatlara görə, onların özlərini apara bilməməsi haqda olay ictimailəşəndən sonra AFFA prezidenti Rövnəq Abdullayev məsələyə qarışıb və o, həmin bacıların işdən azad olunması ilə bağlı göstəriş verib.

XəzərNews.az bildirir ki, Modern.az-ın əməkdaşı bacılarla bağlı xəbəri dəqiqləşdirmək üçün AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb.

AFFA rəsmisi Xanım və Sevinc adlı bacıların işdən azad olunduğu barədə yayılan məlumatlar barədə bunları deyib:

“Öncə onu qeyd edim ki, Xanım və Sevinc bacılarının AFFA-dan çıxarılmasına heç bir əsas yoxdur. Onlar çox tərbiyəli, əxlaqlı və işlərinə məsuliyyətli insanlardır. Heç biri də işdən azad olunmayıb. Bu barədə yayılan məlumatlar həqiqəti əks etdirmir”.

Görünən odur ki, AFFA-da nüfuz sahibi olan bacılar qurumun prezidenti Rövnəq Abdullayevin göstərişini geri oxutdura biliblər.

Qeyd edək ki, bir müddət əvvəl mətbuatda iki bacının AFFA-da “at oynatdığı” barədə geniş məlumatlar yer almışdı.

Xanım və Sevinc Hüseynova bacılarının qurumda baş katib vəzifəsində çalışan Elxan Məmmədova xüsusi yaxınlıqları olduğu qeyd edilirdi. Ölkə mətbuatı məsələ ilə bağlı geniş açıqlama gözləsə də, AFFA sanki bu hadisələr olmayıb kimi davrandı.

Xəbər 1570 dəfə oxunub.



28.02.2025  18:45 

Bakıda azyaşlı itkin düşüb

28.02.2025  14:32 

Prezident Fərman imzaladı

28.02.2025  10:13 

Eduard Məmmədova vəzifə verildi


BÜTÜN XƏBƏRLƏR +