Volkan Konak vəfat edib
Prezident 31 Martla bağlı paylaşım edib
Şeyx bayram namazında niyə iştirak etməyib? - AÇIQLAMA
Kişini cinsiyyət orqanından bıçaqladılar
Azərbaycanda Ramazan bayramı qeyd olunur
İmamoğlu üçün 2.2 milyon bir araya gəldi
Prezidentdən Ramazan bayramı paylaşımı - Foto
Kartof niyə sürətlə bahalaşır?
Kanalda batan 17 yaşlı qızın meyiti tapılıb
Ərdoğan İlham Əliyevə təbrik məktubu göndərib


11.04.2017  10:23 

Ömürlük həbs edilən General necə azad edildi?





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirov hazırda Bakıdadır, evindədir.
XəzərNews.az xəbər verir ki, bu haqda onun vəkili Adil İsmayılov “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində bildirib. Vəkil deyib ki, hələlik müvəkkili ilə görüşməyib: “Aprelin 7-də azad olunub. Hazırda evindədir, gəlib-gedənləri var. Onunla hələ görüşməmişəm”.

Vəkil Z.Nəsirovun sağlıq durumu haqda suala cavab verərkən deyib ki, müvəkkilinin bəzi sağlıq problemləri var. Onun ölkədən kənara çıxması, müalicəyə getməsi cəza müddətinin bitməsindən sonra baş tuta bilər. Bu səbəbdən də Z.Nəsirov 15 illik cəza müddəti tam bitənə qədər ölkədən çıxa bilməz.

General Qaradağ Rayon Məhkəməsinin qərarı ilə cəzasının qalan hissəsindən azad olunub. Çoxsaylı adam oğurluqları, qətllər və başqa ağır cinayətlər törətmiş Hacı Məmmədov olaylarına görə məhkum olunmuş general 2005-ci il iyulun 8-dən həbsdə idi. O, Hacı Məmmədovun dəstəsinə rəhbərlik etməkdə suçlanaraq, həbs olunmuşdu.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilən Zakir Nəsirov martda prezidentin sərəncamı ilə əfv olundu - onun ömürlük cəzası 15 illə əvəz edildi. Bundan sonra Zakir Nəsirov 8 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb. Onun 15 illik cəzanın dörddə üçünü çəkdiyini əsas gətirərək, vaxtından əvvəl həbsdən buraxılması üçün məhkəməyə müraciət olunub. Məhkəmə də müraciəti təmin edib, Z.Nəsirov 11 il 9 aylıq həbsdən sonra şərti azadlığa buraxılıb.

“Qara kəmər” işi üzrə həbs edilən Zakir Nəsirov ilk gündən ittihamları qəbul etmirdi, günahsız olduğunu dəfələrlə bəyan etmişdi. General hələ məhkəmədə çıxışında da bildirirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov daxili işlər naziri Ramil Usubovun əleyhinə ifadə almaq üçün onu həbs etdirib. Lakin tələb olunan ifadəni vermədiyinə görə əvvəlcədən də xəbərdarlıq edildiyi kimi, ömürlük həbslə cəzalandırılıb. Məhkəmələr isə sanki onun sözlərini eşitmirdilər. E.Mahmudov vəzifədən çıxarılandan sonra “Qara kəmər” işi üzrə əsas təqsirləndirilən Hacı Məmmədov vəkil tutub Ali Məhkəməyə müraciət etmişdi. O, məhkəmədə Z.Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edildiyini açıqlamışdı. Amma Azərbaycanın Ali Məhkəməsi Hacı Məmmədovun şikayətinə baxışı mümkün saymadı. Z.Nəsirov azadlığa çıxa bilsə də, “Qara kəmər”in ağ yalanları bu gün də sona qədər araşdırılmamış qalıb.

Xəbər 2672 dəfə oxunub.




31.03.2025  09:31 

Volkan Konak vəfat edib

30.03.2025  14:43 

Kral İlham Əliyevi təbrik edib

29.03.2025  19:07 

Kartof niyə sürətlə bahalaşır?

29.03.2025  10:21 

Qrenlandiya ABŞ-a niyə lazımdır?


BÜTÜN XƏBƏRLƏR +