Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


19.05.2018  13:39 

DİQQƏT: Bu yolda hərəkət məhdudlaşdırılacaq





A+  A-

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Heydər Əliyev prospekti, Suraxanı yol qovşağından Hava limanı istiqamətində və əksinə, həmçinin Bakı-Ələt avtomobil yolunun Bibiheybət məscidi – Lökbatan dairəsi arasında yerləşən hissəsində hər iki istiqamət üzrə üfiqi nişanlanma xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilişi işləri aparılır.
XəzərNews.az xəbər verir ki, bununla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb.

Bu məqsədlə, sözügedən yollar boyu 19 may tarixində 11:00-dan axşam saatlarınadək avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə (işlərin aparıldığı zolaqlar üzrə) qismən məhdudlaşdırılacaq.

“Sürücülərdən sözügedən avtomobil yolları ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur", - deyə məlumatda vurğulanıb.

Xəbər 1350 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +