Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


22.02.2025  11:27 

Həyat yoldaşını qətlə yetirən şəxsə hökm OXUNDU





A+  A-

Biləsuvarda arvadını öldürməkdə təqsirləndirilən Anar Məmiyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

XəzərNews.az apa-ya istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Ayşən Vəliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Anar Məmiyev 17 il 6 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Qeyd edək ki, hadisə rayonun Xırmandalı kəndində baş verib. Belə ki, 1997-ci il təvəllüdlü Anar Məmiyev həyat yoldaşı, 1999-cu il təvəllüdlü Sevil Əlilini bıçaqlayaraq qətlə yetirib. Qətli törətdikdən sonra polisə könüllü təslim olub.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.

Xəbər 963 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +