Mehriban Ələkbərzadə: Mən ev vermirəm...
Boş sənsən, Erkin Hüseynov!
Üç yaşlı Timofey ölüb
Sahibkar Bakıda: Yağımız da xaricdən gəlir
İcra başçısının oğlu bu küçədə parkinqə qadağa qoydu - Foto
Saleh Məmmədov yola salınır?
Şagird direktor tərəfindən döyüldüyünü iddia edir
Rusiya Ukrayna ərazisinə 92 “Şahed” göndərdi
Seyran Məmmədova yeni vəzifə verilib
Faktiki hava açıqlandı - Duman var


15.04.2022  10:49 

İngiltərədə tarixi binanı 3 milyona alan azərbaycanlı keçmiş məmurun kimliyi məlum oldu? - Fotolar





A+  A-

İngiltərədə 350 illik tarixi olan bu binanı (hotel) 1.4 milyon funt sterlinqə (3 milyon manatdan artıq) alan azərbaycanlının kimliyi məlum olub.

XəzərNews.az xəbər verir ki, araşdırmaçı jurnalist Cavanşir Həsənlinin məlumatına görə, o şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin keçmiş müdiri (2016-2020) Elnur Həmid oğlu Süleymanovdur. Hotel onun həyat yoldaşının adına rəsmiləşdirilib.

Jurnalist qeyd edib ki, sabiq şöbə müdirinin Çexiyanın məşhur Karlovi Varı kurort şəhərində də daşınmaz əmlak şirkəti var. Elnur Süleymanov 2007-ci il martın 13-də Çexiyada daşınmaz əmlak şirkətini qeydiyyatdan keçirib.

NAKA COMPANY S R.O. məşhur kurort şəhəri Karlovı Varıda Vítězná 1305/18 ünvanında Pilsen regional ədliyyəsində nizamnamə kapitalı 200 min kron olmaqla 27975053 saylı lisenziya ilə qeydiyyata alınıb.

Şirkətin təsisçiləri Elnur Süleymanov, onun valideynləri Həmid və Nəzakət Süleymanovalar, eləcə də Milli Onkologiya Mərkəzinin şöbə müdiri, 1981-ci il təvəllüdlü Zarema Əfəndiyevadır.

1976-cı il təvəllüdlü Elnur Süleymanov 1996-cı ildən Azərbaycan Beynəlxalq Bankının riskli kreditlərin idarə olunması şöbəsinə rəhbərlik edib, daha sonra "Allianz" şirkətinin baş ofisində çalışıb, 2003-cü ildə Rusiyada Avtonəqliyyat vasitələrinin sığortası mərkəzində direktor müavini təyin olunub.

2014-cü ildə Rusiyada fəaliyyət göstərən "СОГЛАСИЕ" ООО sığorta şirkətinə baş direktor vəzifəsinə təyin olunub.

2014-cü ildən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsində çalışıb.














Xəbər 1588 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.04.2025  14:19 

Boş sənsən, Erkin Hüseynov!

05.04.2025  14:13 

Üç yaşlı Timofey ölüb

05.04.2025  14:02 

Moskvada oxumaq trendlikdir?

05.04.2025  13:52 

Saleh Məmmədov yola salınır?

04.04.2025  13:08 

Danimarka ABŞ-a qarşı


BÜTÜN XƏBƏRLƏR +