İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


23.06.2020  18:10 

Koronavirusla mübarizə aparanlara 13.7 milyon manat ödənilib





A+  A-

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi koronavirus pandemiyası ilə mübarizədə iştirak edən tibb və qeyri-tibb işçilərinə may ayı üzrə 13.7 milyon manat müddətli əlavə ödəyib.
Qurumdan XəzərNews.az-a daxil olan məlumata görə, Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 8376 nəfər tibb işçisinə, 2476 nəfər qeyri-tibb işçisinə may ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Belə ki, Bakı şəhəri üzrə 61, respublikanın digər şəhər və rayonları üzrə 87 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 13.7 milyon manat müddətli əlavə ödənilib.

Tibbi profilaktik tədbirləri həyata keçirən 2172 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.8 milyon manat ödənilib.

Təcili tibbi yardım xidməti göstərən 3893 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 287 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 2024 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 2.9 milyon manat ödənilib.

Qeyd edək ki, 2476 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.3 milyon manat müddətli əlavə verilib.

Xəbər 1666 dəfə oxunub.




10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +