İsrail Türkiyəni hədələyib İranı vuracaq?
“Atlant“ İstirahət Mərkəzinə həbs qoyuldu
Tramp Azərbaycanı alqışladı - SƏBƏB?
Penitensiar Xidmətdə ixtisarlar başlayır?
DİN-dən “uçan taksi“ ilə bağlı açıqlama....
Prezident Türkiyəyə işgüzar səfər edib
Ərinə xəyanət edən müğənnilə bağlı... - TV-də araşdırma başladı
Azərbaycan sərhədə qüvvə yığır?
Argentina Xamneyinin həbsini tələb edir
Nazim Quliyevə 8 il iş verildi


23.06.2020  11:38 

Sərnişinlərdən pul alıb rayona aparanlar həbs edildi





A+  A-

Bakı şəhərindən Gəncə və Şəki şəhərlərinə qanunsuz sərnişin daşınaraq ölkə ərazisindəki karantin qaydalarının pozulması ilə bağlı daxil olmuş məlumat Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı Eldəniz Daşdəmirov və Hafiz İsgəndərovun sanitariya-gigiyena və karantin qaydalarını pozaraq istifadələrində olan avtomobillərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almaqla onları Gəncə və Şəki şəhərlərinə apararaq qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olmalarına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində E.Daşdəmirov və H.İsgəndərovun üzərlərindən nömrələnmiş pul əskinazları aşkar edilərək götürülüb, onların hər ikisi törətmiş olduqları qanunsuz əməlləri etiraf edib və bu audio-video çəkilişlərlə qeydə alınıb.

Faktla bağlı toplanmış material üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma davam etdirilməklə İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanıb və qanunvericiliyin tələblərinə əsasən qərar qəbul edilməsi üçün aidiyyəti üzrə Binəqədi və Qaradağ rayon məhkəmələrinə göndərilib.

Məhkəmələrin müvafiq qərarlarına əsasən E.Daşdəmirov və H.İsgəndərov inzibati məsuliyyətə cəlb olunaraq barələrində 20 gün müddətinə inzibati həbs seçilib.

Xəbər 1515 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.04.2025  13:55 

Nazim Quliyevə 8 il iş verildi

10.04.2025  09:15 

Bu yollarda sıxlıq var - Siyahı

09.04.2025  19:10 

Bu Mərkəzə direktor təyin edildi


BÜTÜN XƏBƏRLƏR +