Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu
Əvəz Zeynallının azadlıqda İLK FOTOSU
Vilayət Eyvazov iclas keçirdi, tapşırıqlar verdi
Azərbaycan milli mətbuatının 150 illik yubileyi keçiriləcək


28.02.2017  18:21 

Hərbi xidmətdə olmayan azərbaycanlı müğənnilər - SİYAHI





A+  A-

Cəbhə xəttində gərgin anların yaşandığı bir vaxtda şou-biznesimizin tanınmışları arasında maraqlı sorğu keçirilib.
İllər ərzində yaradıcılıqları ilə Azərbaycan musiqisinə xidmət edən müğənnilər, görəsən, hərbi xidmətlərini də yerinə yetiriblərmi? Hansı məşhurlar hansı səbəblərlə hərbi xidmətdə iştirak etməyiblər?

XəzərNews.az metbuat.az-a istinadla təqdim edir:

Bunlardan biri ölkəmizi "Eurovision - 2011" beynəlxalq mahnı müsabiqəsində təmsil edən və qalib olan Eldar Qasımovdur.

Xalq artisti Faiq Ağayev isə səhhətində olan problemlər ucbatından əsgər gedə bilməyənlər sırasındadır.

Müxtəlif konsert proqramları ilə əsgərlərin qarşısında çıxış edən İzzət Bağırovun adı da bu siyahıdadır. Müğənni əsəblərinin gərgin olması səbəbi ilə əsgərliyə getmədiyini açıqlayıb.

Prodüser Tolik isə vaxtilə çox arıq olduğu və lazım olan çəkidə olmadığı üçün əsgərlikdə olmayıb.

Elnur Məmmədovun da adı həmkarları ilə eyni sıradadır.

Əməkdar artist Abbas Bağırov isə əsgərlikdə olmadığını və səbəbini açıqlamaq istəmədiyini söyləyib.

Zamiq Hüseynov isə hərbi xidmətə yararsız olduğunu vurğulayıb.

Müğənni Yaşar Cəlilov da əsgərlikdə olmayanlardandır.

Xalq artisti Mənsum İbrahimov da səhhəti ilə bağlı olaraq hərbi xidmətini başa vurmayıb.

Xəbər 3803 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!

25.04.2025  11:17 

Prezident Kaya Kallası qəbul etdi


BÜTÜN XƏBƏRLƏR +