Mixail Saakaşvili: “İlham Əliyev regionun lideridir...“
Naxçıvan Səhiyyə Nazirliyində nələr baş verib?
Əvəz Zeynallı ilə bağlı məhkəməyə müraciət edildi
Sahil Babayevə müavinlər təyin olundu
“Azercell”in ad günü kampaniyasına ETİRAZ
Yaşayış binasındakı yanğın söndürüldü
Sürücü Tibb Mərkəzindən məcburi şəkildə çıxarılıb
Yanğına görə avtomobillərin hərəkəti məhdudlaşdırıldı
Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
Ağ Ev Harvard Universiteti üçün qrantları dayandırır


10.12.2022  15:38 

Yelenovkadakı 150 ukraynalıdan xəbər yoxdur





A+  A-

Ruslar tərəfindən işğal olunmuş Yelenovka ərazisində 150 ukraynalı məhbus saxlanılır. Onların arasında həm hərbi qulluqçular, həm də mülki şəxslər var.

XəzərNews.az xəbər verir ki, bu məlumatı “Azadlıq” radiosuna müsahibəsində Ali Radanın İnsan hüquqları üzrə komissarı Dmitri Lubinets deyib.

Ombudsman deyib: "Bizi yenə ora buraxmırlar. Görünür, biz Yelenovkaya yalnız Silahlı Qüvvələrimiz oranı azad etdikdən sonra çıxış əldə edəcəyik. Bizdə olan məlumata görə, hazırda orada 150 Ukrayna vətəndaşı qalıb, bunlar təkcə hərbçilər deyil. "

Ombudsman həmçinin hesab edir ki, əsirlikdə olan ukraynalıları vətənə qayıtmaqdan imtina etməyə məcbur etmək üçün onlara təzyiq göstərilə bilər.

"Vətəndaşlarımıza təzyiq var ki, geri qayıtmasınlar. Görüşlərdən birində şəxsən iştirak etmişəm. Altı qadın əvvəlcə Ukraynaya qayıtmaqdan imtina etdilər. Dedim ki, bu barədə mənə şəxsən desinlər. Ünsiyyətim dərhal təşkil olundu. Altı qadından dördü mənimlə əlaqə saxladıqdan sonra Ukraynaya qayıtdı. Haradasa psixoloji təzyiq, haradasa manipulyasiya var”, - deyə Lubinets bildirib.

XəzərNews.az


Xəbər 1126 dəfə oxunub.




15.04.2025  14:35 

Paşinyan sülhdən danışdı


BÜTÜN XƏBƏRLƏR +