Sərhəddə müşahidə edilən PUA zərərsizləşdirildi
Azərbaycan Rusiya ilə bağlı səsvermədə bitərəf qalıb
Azad olunmuş ərazilərə 4 milyard xərclənəcək
Borcumuz açıqlandı: 26.628,8 milyon manat
Amerikanın Yaxın Şərqdə batmayan gəmisi
Rusiya 909 cəsədi Ukraynaya qaytarıb
Savaş ərəfəsi: Bakının dostu nüvə silahı əldə edir?
Diqqət: Sabah bu yol bağlı olacaq
BŞTİ-də yeni təyinatlar olub
Prezident “Sea Breeze“ layihələrilə tanış olub


19.09.2018  19:36 

Keçmiş baş nazir azadlığa buraxılacaq





A+  A-

Korrupsiya və rüşvətxorluq maddələri ilə həbs edilən Pakistanın sabiq baş naziri Navaz Şərif, qızı Məryəm və kürəkəni Səftər şərti azadlığa buraxılacaqlar.
XəzərNews.az “Habertürk”ə istinadən xəbər verir ki, İslamabad Ali Məhkəməsi onların hər birinin 500 min Pakistan rupisi (təxminən 6500 manat) qarşılığında sərbəxt buraxılmaları barədə qərar verib.

Məlumata görə, vəkil Əkrəm Qüreyşinin həbs tələbi ilə şikayət ərizələrinə daxil etdiyi dəlillər yetərsiz hesab edilib.

Xatırladaq ki, Navaz Şərif “Panama sənədləri”ndə özünün və 3 uşağının adının olmasına görə 2017-ci ildə vəzifəsindən çıxarılmışdı.

O, qızı və kürəkəni daha sonra mənbəyi məlum olmayan külli miqdarda pulu mənimsəmək, korrupsiya və rüşvətxorluq iddiaları ilə məhkəməyə verilib. 6 iyulda Navaz Şərif 10 il və 8 milyon funt-sterlinq, Məryəm 7 il və 2 milyon funt-sterlinq, Səftər isə 1 il həbs cəzasına məruz qalıb. Səftər həmin gün tutulub, Londonda olan Şərif və qızı isə 13 iyulda ölkəyə qayıdaraq hüquq-mühafizə orqanlarına təslim olub.



Xəbər 1457 dəfə oxunub.



18.04.2025  15:33 

BŞTİ-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +