19 ildən sonra ilk dəfə cinsi əlaqədə oldu
Selin aldığı can: Şirkət rəhbərinin həbsi tələb edilir
Yemək şirkəti 1,8 milyona təbliğat aparacaq – Müəmma
Orduxan Teymurxan Baş Prokurorluğa çağırılıb
Nikopol atəşə tutuldu: 2 ölü, 5 yaralı var
Mənim uşağımın atası evlidir - Şok etiraf
Alla Puqaçova ad gününü Yunanıstanda qeyd edib
Müharibədən sonra SEÇKİ... - Uzadılmamalıdır...
Şikayətçi Oleq Bakinskidən 50 min manat tələb edir
Rusiyada miqrantlar döyülür, söyülür, soyulur...


14.08.2023  12:09 

Çantasından narkotik və silah aşkarlandı





A+  A-

Ağstafada narko-kuryerin çantasından narkotik və silah aşkarlanıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Mətbuat Xidməti məlumat verib. Məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İrandan qeyri-qanuni yolla Ağstafa rayon ərazisinə gətirilmiş narkotik vasitəni onlayn sifariş kimi qəbul edərək ölkə ərazisində çatdırılmasını təmin edən narko-kuryer saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, Qazax rayon sakini Ruslan Cəfərov Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb.R. Cəfərova məxsus idman çantasındanmüxtəlif bükümlərdə, ümumi çəkisi 757 qram narkotik maddə olan “heroin”, 2 kq-dan artıq olan “marixuana” və 2 ədəd tapança tipli odlu silah aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 997 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +