Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


09.01.2023  15:35 

“Prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər“





A+  A-

"Tərtət işi" bağlı məsələlər gündəmdən düşmür. Sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr, yazılar davam edir. Bu günlərdə məsələ Milli Məclis səviyyəsinə qalxmış, orda müzakirələr zamanı deputatlar keçmiş Baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbiçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu bildirmişdilər.

XəzərNews.az xəbər verir ki, manset.az məsələni diqqətdə saxlayaraq məlum Tərtər hadisələri ilə bağlı Baş prokurorun müavini, Respublika hərbi prokuroru Xanlar Vəliyevlə əlaqə saxlayıb. O suallara cavab verərək deputatları məlumatsızlıqda günahlandırıb.

Milli Məclisdə "Tərtər işi" ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

-Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

Bəs siz bir vaxtlar Tərtər hadisələrini "Nağıl" adlandırırdız, nə baş verir? indi reallığa çevrilib?

"Mənim dediklərimi təhrif edirlər. Mən "Tərtər işi"ni nağıl adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbiçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təziq edib, məni döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.

Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?

"Mən niyə üzr istəməliyəm. Hansı səbəbə? Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar."

Xəbər 5344 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +