İmamoğlu ilə birgə saxlanılanların TAM SİYAHISI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN


10.11.2021  11:02 

DSMF-nin bu rayon şöbəsində talançılıq





A+  A-

Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsinin vəzifəli şəxsləri barəsində olan cinayət işi məhkəməyə göndərilib.

Baş Prokurorluqdan XezerNews.az-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Masallı rayon şöbəsində aşkar edilmiş qanunsuzluqlarla bağlı həmin Nazirliyin müraciəti əsasında aparılmış araşdırma nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.

İstintaqla sözügedən qurumun Sosial yardım və müavinət sektorunun sabiq müdiri Rövşən Həzərxanovun həmin sektorda müvafiq olaraq baş məsləhətçi və məsləhətçi vəzifələrində işləmiş Malik Əlihüseynov və Şaiq Muxtarlı ilə qabaqcadan əlbir olaraq 2017-2020-ci illər ərzində rəsmi sənədlərə yalan məlumatları daxil etməklə dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlir və xərclərin artıq ödənilməsi və az hesablanması yolu ilə onlara etibar edilmiş 14 min 490 manat məbləğində pul vəsaitini israf etmə yolu ilə talamalarına, xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməklə dövlətin qanunla qorunan mənafelərinə 122 min manat məbləğində ağır zərər vurulmasına səbəb olan səhlənkarlıq hərəkətlərinə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib.

Rövşən Həzərxanov və adları qeyd edilən digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 179.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənimsəmə və ya israf etmə), 179.2.3 (şəxs tərəfindən qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddələri ilə ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

İstintaq zamanı vurulmuş ziyanın qismən ödənilməsi təmin edilib.

Xəbər 1801 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +