Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi


06.10.2020  14:11 

“Ermənistan işğal etdiyi əraziləri qaytarmalıdır” - Xameneinin müşaviri





A+  A-

“Azərbaycanın bir milyondan çox qaçqın və köçkünü evlərinə qayıtmalıdır”.
XəzərNews.az xəbər verir ki, bu sözləri İran İslam Respublikasının ali dini rəhbəri Ayətullah Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti “YJC” agentliyinə müsahibəsində deyib.

“Dövlətlərin ərazi bütövlüyü prinsipinə hörmət edirik. İran BMT-yə üzv bir dövlət olaraq bu mövzuda prinsipial mövqeyinə sadiqdir. Xüsusilə ziddiyyətli ölkələr şimal qonşularımızdırsa...”-deyə, Vilayəti qeyd edib.

Xameneinin müşaviri bir ölkənin ərazisini digər bir ölkənin işğal etməsinin yolverilməz olduğunu vurğulayıb.

“Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ona bitişik yeddi bölgəsi işğal edilmişdir. BMT bu mövzuda dörd qətnamə qəbul etmişdir. Hamısı Ermənistandan işğal olunmuş torpaqları tərk edib beynəlxalq sərhədlərə qayıtmağı tələb edir”,-deyə Vilayəti bildirib.

Vilayəti eyni zamanda bütün BMT üzv dövlətlərinin beynəlxalq hüquq normalarına və BMT Təhlükəsizlik Şurası qətnamələrinin tələblərinə əməl etməli olduğunu qeyd edib: “Tehran Ermənistanın işğal olunmuş ərazilərinin Azərbaycan Respublikasına qaytarmasının tərəfdarıdır. Bir milyondan çox azərbaycanlı torpaqlarını tərk etmək məcburiyyətində qalıb. Bu insanlar evlərinə qayıtmalıdırlar”.

Xəbər 3042 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +