İmamoğlu ilə birgə saxlanılanların TAM SİYAHISI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN


13.01.2020  10:32 

Nazirlik daha 15 növdə e-arayış xidməti istifadəyə verəcək





A+  A-

2019-cu ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 13 yeni “e-arayış” xidməti əhalinin istifadəsinə verilməklə, nazirliyin e-arayış xidmətlərinin sayı 15-ə çatıb.
Bu barədə XəzərNews.az-a Nazirlikdən məlumat verilib.

Qeyd edək ki, həmin xidmətlər aşağıdakılardır:

İş yerinə dair e-arayış xidməti

Əlilliyə dair e-arayış xidməti

Müavinətlə təmin edilmə barədə e-arayış xidməti

Təqaüdlə təmin edilmə barədə e-arayış xidməti

Pensiya ilə təmin edilmə barədə e-arayış xidməti

Maddi yardımla təmin edilmə barədə e-arayış xidməti

Şəhid vərəsələrinin birdəfəlik ödəmə alması barədə e-arayış xidməti

Dövlət tərəfindən avtomobillə təmin olunma barədə e-arayış xidməti

Dövlət tərəfindən mənzillə təminat barədə e-arayış xidməti

Ünvanlı dövlət sosial yardımının təyinatı barədə e-arayış xidməti

Ünvanlı dövlət sosial yardımının ödənişi barədə e-arayış xidməti

Fərdi şəxsi hesab barədə e-arayış xidməti

Məşğulluq altsistemindən e-arayış xidməti

Torpaq pay mülkiyyətçisi barədə e-arayış xidməti

Şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə e-arayış xidməti.

Qeyd olunub ki, bu e-arayış xidmətləri ildə 1 milyon 500 mindən çox insanın nazirliyin fəaliyyət sahələri üzrə onlara dair arayışları hansısa quruma müraciət etmədən, elektron qaydada, real vaxt rejimində rahat şəkildə əldə etməsinə imkan verir.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha 15 növdə e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi və nazirliyin e-arayış xidmətlərinin sayının 30-a çatdırılması nəzərdə tutulur.

Xəbər 1484 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +