Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


21.02.2019  17:46 

“Bezmişdim, hər gün döyürdü...” - Ərini öldürən qadına 17 il iş istənildi





A+  A-

Bakı Ağır Cinayətlər Məhkəməsində ərini meyvə qabı ilə vurub öldürməkdə təqsirləndirilən 23 yaşlı Tünzalə Vəliyevaya cəza istənilib.
XəzərNews.az-ın verdiyi xəbərə görə, hakim Ənvər Seyidovun icraatında olan prosesdə dövlət ittihamçısı çıxış edərək T.Vəliyevanın 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses fevralın 28-də davam etdiriləcək.

İttihama görə, 2017-ci il noyabrın 7-də Sabunçu rayonunda yaşayan Tünzalə Vəliyeva həyat yoldaşı 29 yaşlı Nazim Vəliyevi öldürüb. O, istintaqa ilkin ifadəsində özünü müdafiə etmək üçün ərinə zərbə endirdiyini deyib.

İki körpə anası olan Tünzalə Vəliyeva ərinin onu hər gün döydüyünü bildirib: “Nazimin evə çox vaxt içkili gəlməsindən bezmişdim, məni hər gün döyürdü, təhqir edirdi. Həmin gün də döyməyə başladı, masanın üstündəki meyvə qabını başına vurdum, yerə yıxıldı. Qorxdum ki, durub məni öldürəcək, özümdən asılı olmayaraq qaz balonu ilə başına vurmağa başladım".

T.Vəliyeva saxlanılarkən məlum olub ki, əri onu stulla döydüyü üçün bir qolu sınıb və gipsdə imiş. Onun başının bəzi hissələrində, xüsusi ilə çənə nahiyəsində də əzik xəsarətləri olub.

Xəbər 1454 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +