“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


27.08.2018  12:37 

Bakıda zibil fərqli üsulla daşınacaq - AÇIQLAMA





A+  A-

Son vaxtlarda paytaxt Bakı şəhərində təmizlik və abadlıq işlərinin aparılmasında müsbət dəyişikliklər müşahidə olunur.
Bakı Şəhər İcra Hakimiyyətindən XəzərNews.az-a verilən məlumata görə, şəhərin mərkəzində aparılan işlərlə yanaşı şəhərətrafı qəsəbə və yaşayış məntəqələrində də bu işlərə xüsusi diqqət yetirilir. Şəhərdə həyət və məhəllərin əsaslı təmirləri, yeni Abad həyət və məhəllələrin yaradılması, burada sakinlərin istirahətinin təmin olunması ilə bağlı işlər davam edir ki, bu da öz növbəsində vətəndaşlar tərəfindən çox müsbət qarşılanır. Şəhərdə aparılan müşahıdələr həqiqətən də məişət tullantıları, xüsusilə də tozun azalmasını göstərir. Bu işlər şəhərətrafı qəsəbələrdə də öz əksini tapıb.

Bu işlər ölkə başçısının tapşırıqlarına əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış kompleks tədbirlər planına uyğun aparılır. İlk nöbbədə əvvəllər az diqqət yetirilən Bakı ətrafı qəsəbələrdə və yaşayış sahələrindəki çoxmənzilli binaların fasadlarının, giriş hissələrinin əsaslı təmiri, ümumi təmizlik işlərinə olan diqqətin artırılmasını qeyd etmək lazımdır.

Şəhər İcra Hakimiyyətindən əldə olunan məlumatlara görə, bu gün tullantıların daşınması və ilk növbədə zibil konteynerlərinin az olması ilə bağlı bir sıra problemlər mövcuddur. Artıq yeni konteynerlər sifariş verilib və onların sayının artırılması ilə bağlı işlər görülür. Lakin bu müvəqqəti haldır, çünki yaxın vaxtlarda paytaxtda məişət tullantılarının daşınması sahəsində köklü dəyişikliklərin aparılması nəzərdə tutulub. Buraya tullantıların çeşidlənməsi məqsədi ilə yeni xüsusi konteynerlər qoyulması da daxildir. Layihənin həyata keçirilməsi və xaricı ölkələrin təcrübəsindən yararlanmaq məqsədi ilə xarıcdən mütəxəsislər dəvət olunub və hazırda işlər aparılır.

Aparılan tədbirlər paytaxtın simasının köklü surətdə dəyişməsi, sakinlərimizin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılmasına yönəldilib, gələcəkdə bu işlər daha da genişləndiriləcəkdir.

Xəbər 1274 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +