Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN
Bugünkü bəyanatı qətiyyətlə rədd edirik - XİN
Ərzaq bazarında bahalaşma var
“Vinçester”dən güllə yağışı yağdıran maqnat oğlu kimdir?
İsrail Qəzzada HƏMAS-a zərbələr endirir
Tramp Oval kabinetdəki mübahisədən danışdı
Mövqelərimiz yenidən atəşə tutuldu
Daha iki şəhid dəfn olunacaq
Prezident və xanımı Ağdərədə Novruz tonqalını yandırdı


30.03.2018  19:17 

Dələduzluqla 60 min manat ələ keçirən saxlanıldı





A+  A-

Dələduzluq yolu ilə insanları aldadan və bununla da zərərçəkənlərin külli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən XəzərNews.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinə müraciət edən vətəndaş Anar Səfərov qeyd edib ki, Cahid adlı şəxs ona yalan vəd verərək depolardan tibbi ləvazimatlar alıb.

Və apteklərə satmaq yolu ilə gəlir əldə edəcəklərini bildirərək 60000 manat pulunu ələ keçirib.

Zərərçəkən həmin şəxsə 2017-ci ilin aprel ayında Bakıxanov qəsəbəsində həmin işin görülməsi müqabilində pul verəndən sonra isə Cahid verdiyi vədə əməl etməyək onu aldadıb.

Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində həmin şəxs - Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Cahid İsayev saxlanılaraq istintaqa təqdim edilib.

Qeyd edilən faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları dələduzluq etməkdə şübhəli bilinən Cahid İsayevin digər analoji cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Sabunçu Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

Xəbər 1423 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq

17.03.2025  12:23 

Makler - diplomat... - o kimdir?


BÜTÜN XƏBƏRLƏR +