İmamoğlu ilə birgə saxlanılanların TAM SİYAHISI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır
Sədr iki ildə 1,7 milyon manatdan çox qazanıb
Sənətçi Ercan Saatçi da həbs edildi
Jurnalist İsmayıl Saymaz saxlanılıb
Cinayət təşkilatının lideri Əkrəm İmamoğlu! - Rəsmi
Sabiq Baş prokurorun milyonluq yatırımları...
Ələsgər Məmmədli həbsdə qaldı
Prezidentdən Novruz təbriki - MƏTN


01.06.2017  14:08 

Təyyarənin düşməsinə “iPhone” səbəb olub? - Şok iddia





A+  A-

Ötən il mayın 19-da Misir hava yollarına məxsus “Airbus 320” təyyarəsinin Parisdən Qahirəyə uçarkən Aralıq dənizinə düşdüyü hadisə ilə bağlı yeni iddia ortaya atılıb.
XəzərNews.az xarici KİV-ə istinadən xəbər verir ki, köməkçi pilotun kabinədə unutduğu “iPhone 6S” və “iPad Mini 4” telefonlarının partlaması səbəbindən təyyarənin düşdüyü iddia edilib.

Təyyarənin “Qara qutu”sunun incələnməsi zamanı kabinədə duman izinə rast gəlinməsi həmin cihazların təyyarə düşmədən öncə yanğına səbəb olduğu iddialarını gücləndirib.

66 nəfərin öldüyü hadisə ilə bağlı deyilən bu iddianı araşdırmaq üçün fransalı rəsmilər hərəkətə keçiblər. İddianın araşdırılması üçün Beynəlxalq Elmi Araşdırma Mərkəzindən bir mühəndis, Müdafiə Nazirliyindən isə fizik və elektron cihazların batareyaları üçün mütəxəssisdən ibarət qrup yaradılıb. Həmin qrupun 30 sentyabra qədər araşdırma aparıb hesabat hazırlaması gözlənilir.

Məsələ ilə bağlı “Apple” şirkəti açıqlama yayaraq qəzanın həmin cihazlar səbəbəbindən baş verdiyinə dair faktın olmadığını bildirib. Şirkət araşdırmaçıların bütün suallarını cavablayacaqlarını açıqlayıb.

Xəbər 1546 dəfə oxunub.




18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var

18.03.2025  11:07 

Daha iki şəhid dəfn olunacaq


BÜTÜN XƏBƏRLƏR +