“Ortada hüquqi dövlət yoxdur“ - İncə
Türkiyədə tələbələr ayağa qalxdı - Video
Kəmaləddin Heydərov idarə rəisini vəzifəsindən azad etdi
Polis Əkrəm İmamoğlunu neçə gün saxlayacaq?
Tramp ABŞ-nin NATO-dakı bu ştatını ləğv edir
Sahibə Qafarova “Şərəf” ordeni ilə təltif edilib
“Heç kim toxunulmaz deyil” - Dövlət Baxçalı
İmamoğlu ilə birgə saxlanılanlar... - SİYAHI
“Rosemary Inn” otelinın fəaliyyəti dayandırıldı
Sabahdan Azərbaycanda 12 günlük tətil başlayır


02.05.2024  17:39 

Gənclərimiz Azərbaycan universitetlərində oxumalıdır - Diaspor fəalı





A+  A-

“Azərbaycan həqiqətlərinin tanıdılması ilə bağlı Qazaxıstanın Türkistan şəhərində ilk beş il ərzində fəal tələbə olaraq, son bir il ərzində isə diaspora əməkdaşı olaraq fəaliyyət göstərərək öz ölkəmi təmsil etmişəm”.

Xəzərnews.az xəbər verir ki, bu sözləri Diaspora.TV-yə açıqlamasında Qazaxıstanda yaşayan diaspor fəalı Ehtiram Musayev deyib:

“Əvvəlcə, Xocalı soyqırımı, Bayraq günü və Zəfər Bayramı kimi tədbirlərin həyata keçirilməsində yaxından dəstək olmuşam. Sonrakı illərdə Azərbaycanı Türkistan şəhərindəki Əhmət Yəsəvi Universitetində təmsil etmişəm”.

Müsahibimiz diaspor sahəsində az təcrübəsinin olduğunu vurğulayaraq, bu sahədə önəmli məsələ kimi elm və təhsilin üstünlüyünü qeyd edib:

“Dünyanın istənilən yerində yaşayan azərbaycanlı öz ana dilində yazıb- oxumağı bacarmaqla yanaşı, həm də ölkəsinin mədəniyyətindən, gördüyü işlərdən xəbərdar olmalı və onu göstərməlidir. Əsasən də bu məsələdə xaricdə yaşayan azərbaycanlıların qısa müddət ərzində də olsa, bir dönəmlik (semestr) Azərbaycan universitetlərində oxuma imkanı yaradılmalıdır. Onlar ancaq bu şəkildə Azərbaycanla ən yüksək və keyfiyyətli şəkildə tanış ola və dili mənimsəyə bilərlər. Tez-tez televiziya və radio proqramlarına dəvət alan biri kimi deyə bilərəm ki, Azərbaycan diasporunun xarici mediaya çıxış imkanlarında iki məsələ çox önəmlidir: dil və kütləvilik. Televiziya proqramları tərcümə olunmalı və daha geniş kütləyə çatdırılmalıdır. Eləcə də Azərbaycan telekanalları ilə telekörpü bu məsələdə çox gözəl və sınanmış ideyadır”.

Həsən Hüseynov
Diaspora.TV


Xəbər 3822 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.03.2025  16:08 

Ərzaq bazarında bahalaşma var


BÜTÜN XƏBƏRLƏR +