Vatikan Zelenskiyə görə protokolu pozdu
Bu ölkələr arasında döyüşlər başladı? -VİDEO
İranda təkrar partlayış olub -VİDEO
Prezident Çinlə viza rejiminin ləğvinə münasibət bildirib
BakuBus sürücüsü piyadanı döyüb -VİDEO
Şavkat Mirziyoyev İlham Əliyevə zəng edib
“Dünəndən ev, ailə, uşaqlarla maraqlanıram“
Dünya liderləri Roma Papası Fransisklə vidalaşır
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək
Daha 3 şəxs Rusiyadan Azərbaycana ekstradisiya olundu


11.02.2020  14:42 

Mal-qara oğurlayan əmioğluları saxlanıldı





A+  A-

Şəmkir rayonunda mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, rayon sakini Elçin Əkbərovun 10 baş iri buynuzlu heyvanı rayonun Şiştəpə kəndi yaxınlığındakı otlaq sahədən naməlum şəraitdə itib.

Şəmkir RPŞ əməkdaşları tərəfindən yanvarın 23-də heyvanları otlaq sahəsindən oğurlamaqda şübhəli bilinən rayon sakinləri, əvvəllər məhkum olunmuş, 31 yaşlı Elman Nağıyev və onun əmisi oğlu, 31 yaşlı Səfər Nağıyev saxlayıblar.

Dindirilmə zamanı onlar törətdiyi oğruluq hadisələrini etiraf edərək həmin heyvanları Bərdə rayonunda satdıqlarını, əldə etdikləri pulu isə aralarında bölərək xərclədiklərini bildiriblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 1501 dəfə oxunub.




25.04.2025  11:21 

18 yaşın mübarək, Qaynarinfo!


BÜTÜN XƏBƏRLƏR +